09 May 2024
Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı kəskin azaldı – RƏSMİ

Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı kəskin azaldı – RƏSMİ

27 Sentyabr 2021
Baxış: 383

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1241 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 481 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452 968 nəfər müalicə olunaraq sağalıb, 6 476 nəfər vəfat edib, aktiv xəstə sayı 21 957 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 684, ötən müddət ərzində isə ümumilikdə 4 830 338 test aparılıb.