08 May 2024
Azərbaycanda jurnalistin həyat yoldaşının səhhətində həkim səhvinə görə problem yarandı - RƏSMİ AÇIQLAMA

Azərbaycanda jurnalistin həyat yoldaşının səhhətində həkim səhvinə görə problem yarandı - RƏSMİ AÇIQLAMA

19 Avqust 2021
Baxış: 656

Jurnalist Günel Gözəlovanın həyat yoldaşının həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, araşdırma zamanı izahatlar alınıb, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib:

"Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilib.

Hazırda araşdırma davam etdirilir".

Qeyd edək ki, G. Gözəlova tanınmış cərrah Araz Bayramova qarşı məhkəmə iddiası qaldırıb. İddiaya görə, G. Gözəlovanın həyat yoldaşı Anar Gözəlov kəskin böyrək ağrısına görə Buta Klinikasında cərrah uroloq-androloq A. Bayramov tərəfindən əməliyyat edilib. Əməliyyatdan ayılan kimi A. Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Buta Klinikasında nevropotoloq olmadığına görə kənardan dəvət olunan nevropotoloqun və xəstənin ailəsinin təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.