14 May 2024
Azərbaycanda itkin düşən 19 yaşlı gənclər GÖRÜN HARADAN TAPILDI

Azərbaycanda itkin düşən 19 yaşlı gənclər GÖRÜN HARADAN TAPILDI

08 Avqust 2023
Baxış: 592

İsmayıllı rayon sakinləri Ağaverdi Xəilov və həmyaşıdı Aytac Mayılovanın 1 ay əvvəl itkin düşmələri barədə məlumat vermişdik.

AJMEDİA.İNFO bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, gənclərin yeri müəyyən edilib.

Ötən gün A.Xəlilov nənəsi ilə əlaqə saxlayaraq Aytacla birlikdə Bakıda olduqlarını deyib. O, paytaxtda iş tapdığını,vəziyyətlərinin yaxşı olduğunu qeyd edib.

DİN-in mətbut xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirildi ki, İsmayıllı rayonunda itkin düşən 2004-cü il təvəllüdlü Aytac Mayılova və Ağaverdi Xəlilov Bakı şəhərində tapılıb, axtarışlar dayandırılıb.

Qeyd edək ki, 19 yaşlı Ağaverdi və həmyaşıdı Aytac iyulun 9-da gecə saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Onların itkin düşmələri ilə bağlı valideynləri tərəfindən polisə məlumat verilib.