14 May 2024
Azərbaycanda işləmiş baş məşqçinin adı stadiona verilir

Azərbaycanda işləmiş baş məşqçinin adı stadiona verilir

22 Noyabr 2021
Baxış: 434

Türkiyə millisi, "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" komandalarının sabiq baş məşqçisi, hazırda "Altay" klubuna başçılıq edən Mustafa Denizlinin adı İzmirdə yeni açılacaq Alsancaq stadionuna veriləcək.

AJMEDİA.İNFO xəbər verir ki, "Sözcü" nəşrinə istinadən məlumatına görə, arenanın açılış mərasimi noyabrın 26-da keçiriləcək. Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

"Altay" və "Altınordu" klublarının oyunlarına ev sahibliyi edəcək stadion 15 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, Mustafa Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.