14 May 2024
Azərbaycanda intim fotoları yayılan polis İŞDƏN QOVULDU

Azərbaycanda intim fotoları yayılan polis İŞDƏN QOVULDU

14 İyun 2021
Baxış: 1386

Sosial şəbəkələrdə intim fotoları yayılan polis əməkdaşı xidmətdən qovulub.

AJMEDİA.info xəbər verir ki, Gədəbəy rayon Polis Şöbəsinin rəisi Mehman Həşimovun sürücüsü Çingiz Ruşanovun fotoları yayılıb. Bu şəkillərə görə Ç.Ruşanov polis sistemindən qovulub.

DİN Mətbut xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin fotolar bir neçə ay öncə aşkarlanıb: “Məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, polis baş serjantı Çingiz Ruşanov cari ilin fevral ayında daxili işlər orqanlarından xaric edilib”.