14 May 2024
Azərbaycanda İcra başçısının müavini və direktor məktəblini DÖYÜBLƏR - İDDİA/FOTO

Azərbaycanda İcra başçısının müavini və direktor məktəblini DÖYÜBLƏR - İDDİA/FOTO

15 İyul 2022
Baxış: 373

Azərbaycanda icra hakimiyyəti başçısının müavini və məktəb direktorunun məktəbli qıza şiddət göstərdikləri iddia edilir.

AJMEDİA.İNFO-nun məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, şəkilləri ona göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salan məktəb direktoru və başçı müavinidir:

“Şəkilləri mənə göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salanlar Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) olub. Məktəblini attestat vermək adı ilə evə çağırıb evdə fiziki zorakılıq tətbiq ediblər”.

Onun sözlərinə görə, buna səbəb məktəblinin Rəsilə Əliyevanın qızının telefonundan başqasına mesaj yazması olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, məsələ araşdırılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.