10 May 2024
"Azərbaycanda hər ailədə 5 uşaq olsun" - Ərdoğan

"Azərbaycanda hər ailədə 5 uşaq olsun" - Ərdoğan

13 İyun 2023
Baxış: 400

Ərdoğan Azərbaycanda hər ailədə beş uşaq olmasını arzu edib.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda bildirib.

“İndi önümüzdə atılacaq addımlar var. Bu addımlar uğurla atıldıqca Azərbaycan daha da uğurla irəli gedəcək. Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə üç uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə beş uşaq deyirəm. Bunu bacardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı praqdimasını dəyişdirir”.

Ərdoğan vurğulayıb ki, Türkiyə və Azərbaycan qardaş dövlətlər kimi gələcəkdə birlikdə inkişaf edəcək.