14 May 2024
Azərbaycanda FACİƏ: Hərbçi nişanlısının yanında öldü - FOTO

Azərbaycanda FACİƏ: Hərbçi nişanlısının yanında öldü - FOTO

31 Mart 2023
Baxış: 466

Daxili Qoşunların hərbçisi vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Zaqatala rayonunda qeydə alınıb.

Daxili Qoşunların hərbi qulluqçusu, Zaqatala sakini, 27 yaşlı Məhəmməd İbrahim oğlu Cindarov ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, M.Cindarov Daxili Qoşunların hərbi qulluqçusudur. O, Zaqatalaya məzuniyyətə gəlibmiş.

Onu da qeyd edək ki, M.Cindarov nişanlı olub. Bu gün o nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub. M.Cindarov nişanlısının yanında dünyasını dəyişib.