13 May 2024
Azərbaycanda ət BAHALAŞDI - VİDEO

Azərbaycanda ət BAHALAŞDI - VİDEO

13 İyul 2022
Baxış: 366

Azərbaycanda quzu əti bahalaşıb.

AJMEDİA.İNFO xəzərxəbər-ə istinadən bildirir ki, bazarda qoyun əti 7-8, quzu əti isə 15-16 manatdır. Halbuki indiyə kimi quzu əti 13-14 manat idi.

Mövcud qiymət artımı vətəndaşları narahat edir. Onlar hazırkı qiymətin ciblərinə uyğun olmadığını deyirlər.

Bəs quzu ətinin baha olmasının səbəbi nədir? Ət satışı ilə məşğul olan şəxslər ölkə üzrə quzu ətinin topdansatış qiymətinin artdığını deyirlər.

Heyvandarlıq təsərrüfatlarının sahibləri də deyilən fikirləri təsdiqləyirlər.

Mal-qaranın əsas qidasını təşkil edən otun bahalaşmasının səbəblərindən biri məhsuldarlığın az olmasıdır. Digər səbəb isə xaricdən idxal olunan gübrələrin bahalaşmasıdır.

Teqlər: