13 May 2024
Azərbaycanda erməni əsilli ekspert telekanallara çıxarılır: "Kimliyini açıqlayıb, videosunu yayacağam"  - ŞOK

Azərbaycanda erməni əsilli ekspert telekanallara çıxarılır: "Kimliyini açıqlayıb, videosunu yayacağam" - ŞOK

09 Sentyabr 2022
Baxış: 411

“Azərbaycanda erməni əsilli bir eksperti 3 telekanal davamlı olaraq efirə çıxarır. Təbii ki, bu ekspertin erməni əsilli olduğunu bilmirlər. Maraqlısı odur ki, həmin kanallardan birinin aparıcısının da nənəsi ermənidir və adətən bu adamın qonağı qismində efirə çıxır”.


AJMEDİA.İNFO xəbər verir ki, bunu “Azsiyasət.com” saytının baş redaktoru, tanınmış jurnalist Samir Feyruzov paylaşıb.

O bildirib ki, Türkiyə və Azərbaycan dövlətinin bayraqlarını hər gün təhqir edən erməni əsilli, Azərbaycan vətəndaşı olan ekspertin kimliyini açıqlayacaq:

“İnanıram ki, kimliyini bilsəniz, hər kəs şok olacaq. Bir az gözləyəcəm, əgər Azərbaycan ordusunun içinə soxulan bu adamın efirlərdən kənarlaşdırılması ilə bağlı qərar verilməsə, kimliyini açıqlayıb, "maraqlı" videogörüntüsünü yayacam”.