12 May 2024
Azərbaycanda ərə verilən məktəbli qızla bağlı MƏLUMAT - YENİLƏNİB

Azərbaycanda ərə verilən məktəbli qızla bağlı MƏLUMAT - YENİLƏNİB

02 İyun 2022
Baxış: 479

Məlumat verildiyi kimi, Sabirabad rayonu, Qəzli kəndində IX sinif şagirdinin toyunun baş tutması ilə bağlı Rayon Polis Şöbəsi tərəfindən tədbirlər icra olunub.

AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə toy mərasiminin keçirilməsinin qarşısının alındığını bildirib.

Qeyd edək ki, yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb.

16:43

Daxili İşlər Nazirliyi Sabirabadda məktəbli qızın ailə qurmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, faktla bağlı Sabirabad rayon Polis Şöbəsində bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb:

“Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb.

Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq".

***

14:03

Azərbaycanda məktəbli qız evləndirilib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlıumat verib. O bildirib ki, toy Sabirabad rayonunda olub:

"Sabirabad rayonu Qəzli kəndində 9 cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir". Gundem.az