13 May 2024
Azərbaycanda əməkdar məşqçi qətlə yetirildi  - FOTO

Azərbaycanda əməkdar məşqçi qətlə yetirildi - FOTO

24 Dekabr 2022
Baxış: 448

Dekabrın 23-də Beyləqanda qətlə yetirilən Kamil Fərzəliyev əməkdar məşqçi olub.

AJMEDİA.İNFO-nun report-a istinadən məlumatına görə, ikiqat dünya və ikiqat Avropa çempionu, yunan-Roma güləşçisi Eldəniz Əzizlinin ilk məşqçisi olan mütəxəssis tanışı Rafiq Əliyevlə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirilərək öldürülüb.

Rafiq Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir.

Qeyd edək ki, Kamil Fərzəliyev 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub.