10 May 2024
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - Ata və oğlu öldü, YARALILAR VAR

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - Ata və oğlu öldü, YARALILAR VAR

28 İyun 2021
Baxış: 682

Ucarda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə sürücü E.Cəlilov ölüb. Qəza zamanı onun 2 yaşlı oğlu İlyas Elçin oğlu Cəlilov, həyat yoldaşı, 31 yaşlı Aysel Balay qızı Cəlilova və 45 yaşlı Zaur Balay oğlu Xəlilov çoxsaylı xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İlyas Cəlilov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır. // "Report"