12 May 2024
Azərbaycanda deflyasiya qeydə alındı

Azərbaycanda deflyasiya qeydə alındı

14 İyun 2023
Baxış: 487

Rəqəmlər, yoxsa reallıq daha təhlükəlidir?

2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi Azərbaycanda 2022-ci ilin yanvar-may aylarına nisbətən 13.1 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilir ki, 2022-ci ilin maksimum zirvəsi olan 13.9 faiz səviyyəsindən 0.8 faiz bəndi aşağıdır. O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15.8 faiz, qeyri-ərzaq məhsulları üzrə 11.6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.6 faiz təşkil edib.

2023-cü ilin may ayında ölkə ərazisində 0.4 faizlik aylıq deflyasiya qeydə alınıb, əvvəlki ilin may ayına nisbətən istehlak qiymətləri indeksi 11.5 faiz təşkil edib.

Açıqlanan rəqəmlər nə dərəcədə reallığı əks etdirir? Həqiqətən də inflyasiya səviyyəsi getdikcə düşürmü? Deflyasiyanın qeydə alınması narahatlıq doğururmu, bu, davamlı ola bilərmi? Ümumiyyətlə, deflyasiya təhlükəsi varmı?

Qeyd edək ki, deflyasia əks istiqamətdə inflyasiyadır. Bir sıra səbəblərə görə inflyasiyadan daha ağır faktor hesab edilir. Deflyasiya inflyasiyanın əksi olaraq, mal və xidmətlərin azalmaması halında qiymətlərinin ümumi səviyyəsinin aşağı düşməsi və ya pulun dəyərinin artması prosesidir. İnflyasiyanı ölçmək üçün “İstehlak Qiymətləri İndeksi”ndən istifadə olunur.

Müasir şərtlər çərçivəsində deflyasiya iqtisadi enişdən, məhsul istehsalının aşağı düşməsi və işsizliyin artımından xəbər verir. Qiymətlərin aşağı düşməsinə görə iqtisadi agentlər investisiyaların həcmini azalda bilər ki, bir neçə müddət sonra (bir neçə ildən sonra) həmin vəsaitləri daha sərfəli şəkildə yerləşdirsin (qiymətlərin enməsi nəticəsində resursları daha ucuz alsın). Bu isə davamlı şəkildə tələbin aşağı düşməsinə aparır və qiymətlərin enişinin və istehsal həcminin azalmasını daha çox stimullaşdırır.musavat.com