13 May 2024
Azərbaycanda bu dövlət müəssisələri HƏRRACA ÇIXARILIR

Azərbaycanda bu dövlət müəssisələri HƏRRACA ÇIXARILIR

11 İyul 2023
Baxış: 356

İyulun 25-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kiçik dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Bu barədə AJMEDİA.İNFO-ya Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərraca 7 kiçik dövlət müəssisəsi və obyekti çıxarılacaq. Bunlar, Xızı rayonunun Şurabad qəsəbəsindəki Yardımçı təsərrüfat, Saatlı rayonunun Heydərabad kəndindəki yardımçı təsərrüfat, Beyləqan rayonunun Milabad qəsəbəsindəki Mədəniyyət evi, İmişli şəhərinin Xiyabani küçəsindəki 7/9 saylı mağaza, Ağcabədi rayonunun Şənlik kəndindəki klub, Balakən rayonunun Mahamalar kəndindəki yeməkxana, Goranboy rayonunun Qarquçaq kəndindəki qeyri-yaşayış binasıdır.

Əmlaklara 1 300 – 102 500 manat aralığında başlanğıc qiyməti qoyulub.