13 May 2024
Azərbaycanda bu benzinin qiyməti AŞAĞI DÜŞƏ BİLƏR - AÇIQLAMA

Azərbaycanda bu benzinin qiyməti AŞAĞI DÜŞƏ BİLƏR - AÇIQLAMA

16 İyun 2023
Baxış: 321

"Azərbaycanda "Premium" markalı benzinin ucuzlaşması gözləntisi var".

AJMEDİA.İNFO xəbər verir ki, bunu "Metbuat.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O qeyd edib ki, yaxın aylarda ölkədə ciddi qiymət artımı ehtimal edilmir:

"Azərbaycanda yay aylarında ciddi qiymət artımı olan heç bir sahə yoxdur, xüsusən də hökümətin tənzimlədiyi benzin və ictimai nəqliyyat sahəsində. Qiymət dəyişikliyi üçün heç bir əsas da yoxdur.

Əksinə, bazarın gözləntisi ondan ibarətdir ki, vaxtilə 2 manata təyin edilən “Premium” qiymətləri aşağı salınsın. Çünki bu qiymətlər təyin ediləndə, bazarda neft qiyməti 120-125 dollar idi. İndi isə qiymətlərdə bir düşüş var və bu, qiymətlərə tətbiq edilməlidir".