07 May 2024
Azərbaycanda bir gündə 16 nəfər koronavirusdan öldü - FOTO

Azərbaycanda bir gündə 16 nəfər koronavirusdan öldü - FOTO

13 Avqust 2021
Baxış: 424

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1769 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 16 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 nəfər vəfat edib, aktiv xəstə sayı 18 707 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 945, ötən müddət ərzində isə ümumilikdə 4 178 108 test aparılıb.