Azərbaycanda vəkil əməliyyat zamanı ÖLDÜ - FOTO
12 dəqiqə əvvəlAzərbaycanda AĞIR QƏZA: Tonlarla yuyucu toz yola dağıldı - VİDEO
12 Mart 2024
Baxış: 289
Bu gün Bakı-Qazax magistralının Ucar rayonu Qulabənd kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.
AJMEDİA.İNFO AZƏRTAC-a istinadən xəbər verir ki, hərəkətdə olan iki yük avtomobili toqquşub.
Qəza zamanı ölən və yaralananlar olmasa da, maşınların birində olan tonlarla yuyucu toz yola dağılıb. Bu səbəbdən yolun hər iki zolağı bağlanıb və digər avtomobillərin hərəkətində çətinlik yaranıb.
Qəza nəticəsində yola dağılan əşyalar təmizləndikdən sonra nəqliyyatın hərəkəti bərpa olunub.