14 May 2024
Azərbaycan XİN Kamil Zeynallının Rusiyada saxlanılması məsələsini nəzarətə GÖTÜRDÜ

Azərbaycan XİN Kamil Zeynallının Rusiyada saxlanılması məsələsini nəzarətə GÖTÜRDÜ

21 Fevral 2024
Baxış: 286

Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.