13 May 2024
Azərbaycan və Türkiyə Prezidentləri telefonla danışdı - DETALLAR

Azərbaycan və Türkiyə Prezidentləri telefonla danışdı - DETALLAR

23 Fevral 2022
Baxış: 518

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.

Məlumata görə, söhbət zamanı Prezidentlər Türkiyə-Azərbaycan əməkdaşlığı, Ermənistanla münasibətlər və Rusiya və Ukrayna arasında yaşanan böhran daxil olmaqla bir çox regional məsələləri müzakirə ediblər.