14 May 2024
Azərbaycan və "Dubai Future Foundation” arasında memorandum imzalandı

Azərbaycan və "Dubai Future Foundation” arasında memorandum imzalandı

03 Noyabr 2021
Baxış: 555

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və “Dubai Future Foundation” arasında Anlaşma Memorandumu imzalanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, imzalanan müqavilə rəqəmsal həllərin və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq nəzərdə tutulur: “Qabaqcıl texnologiyaların sürətlə mənimsənilməsi, vətəndaşlara və biznes maraqlarına xidmət etməsi üçün Dördüncü Sənaye İnqilabı çağırışlarına çevik uyğunlaşma xüsusi əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dubay şəhərində səfərdədirlər.

…the "Dubai Future Foundation" (@dubaifuture) provides for cooperation in the application of digital solutions and technologies of the Fourth Industrial Revolution.#Economy #EconomyAz pic.twitter.com/beAo6jqyPj

— Mikayil Jabbarov (@MikayilJabbarov) November 3, 2021