10 May 2024
Azərbaycan -Türkiyə dostluğu tarixi, strateji, nümunəvi səfərdə əsas proritetlər - David Seliverstov

Azərbaycan -Türkiyə dostluğu tarixi, strateji, nümunəvi səfərdə əsas proritetlər - David Seliverstov

13 İyun 2023
Baxış: 1507

Qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etdi. Bu səfər tarixi, siyasi və mənəvi əhəmiyyət daşıyır.
Rəcəb Tayyib Ərdoğanın ilk səfərini məhz Azərbaycandan başlaması göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri nümunəvi, strateji bir xarakterə malikdir.
Azərbaycan və Türkiyə xalqı, dövlətlərimiz və dövlət başçılarımız dost, qardaş münasibətləri içərisindədirlər.
İkinci Qarabağ müharibəsinin ilk günlərindən Ərdoğan müharibənin ilk vaxtlarında belə bir açıqlama etmişdir: Azərbaycan Türkiyənin qırmızı xəttidir və kim o xətti keçərsə, qarşısında Türkiyəni görəcək.
Bütün bu fonda Türkiyə Prezidentinin ilk səfərini Azərbaycana etməsi bütün münasibətlərin, ölkələr arasındakı sarsılmaz bir duruşun olduğunu əminliklə göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən geniş tərkibdə görüşdə “Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir.” sözlərini vurğulamışdır.
Hal - hazırda əsas hədəflər sırasında Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması yaxın aylarda qardaşlıq münasibətlərinə yeni bor töhvə kimi əlavə olunacaq. İki dost, qardaş ölkə münasibətlərin yeni prioritetlər üzrə inkişaf etdirərək bir daha birlik nümayiş etdirirlər. Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır, hər bir yeniliyə birgə imza atmağa hazırdırlar.

Məhz iki gün sonra ikinci ildönümü qeyd olunacaq Şuşa Bəyannaməsi haqqında “Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu” dövlətimizin başçısı cənab İlham Əliyev fikirlərini səsləndirmişdir.
Şuşa Bəyannaməsi Azərbaycan cəmiyyəti ilə yanaşı, Türk dövlətləri, dost dövlətləri tərəfindən diqqətlə qarşılanır. Bu Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə yanaşı, türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da gücləndirəcək təkanverici bir qüvvə olaraq, azad edilmiş torpaqlarımızda, Türkiyə və Azərbaycan bayraqlarımızın birgə dalğalandığı Şuşada qardaş ölkə prezidentləri arasında Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyə doğru sürətli inkişafının göstəricisidir.

.

.

.

Nəsimi Əbilov