13 May 2024
Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri Ukraynaya səfər etdi

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri Ukraynaya səfər etdi

13 Dekabr 2021
Baxış: 425

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri Ukraynada səfərdədirlər.

AJMEDİA.İNFO xəbər verir ki, nümayəndə heyətinə MARSOL partnyoru olan Globus Travel, Sabiroğlu, Grow Audit, Tech Master, Express Services & Logistics, N-Advert, Net Finance şirkətlərinin rəhbərləri və Kapital Bankın nümayəndələri daxildirlər.

Səfər zamanı nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar büstünü ziyarət ediblər. Azərbaycanın Ukraynadakı səfirinin müşaviri, müvəqqəti işlər vəkili Kamal Xəlilovun iştirakı ilə MARSOL şirkətinin təsisçisi - Azərbaycan Sahibkarlar Konfederasiyasının “Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının sədri Tural Mustafayev, Azərbaycan Ukrayna İş adamları dərnəyinin sədri Əli Əliyev və sahibkarlar ümummilli lider Heydər Əliyevin büstü önünə əkili qoyub, ehtiramlarını bildiriblər.

Nümayəndə heyətinin Ukraynada bir sıra işgüzar rəsmi görüşləri nəzərdə tutulub.