12 May 2024
Azərbaycan rusiyalı tursitlər üçün ən populyar istirahət yerlərindən biri seçildi

Azərbaycan rusiyalı tursitlər üçün ən populyar istirahət yerlərindən biri seçildi

10 Dekabr 2021
Baxış: 442

Azərbaycan Rusiyada distant işləyənlər arasında qış aylarında yaşamaq üçün ən populyar ölkələr sırasında yer alıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Yandex.Puteşestvie xidmətinin məlumatından aydın olur.

Şirkətin mütəxəssisləri aviabiletlərin axtarışı və bron edilməsi ilə bağlı məlumatları araşdırdıqdan sonra turistlərin əksəriyyətinin Azərbaycan, Misir, Tayland və ABŞ-a maraq göstərdiyi qənaətinə gəliblər. Konkret istiqamətlərdə isə Bakı, Phuket, Xurqada, Banqkok və Şarm əl-Şeyx liderlik edir.

Məlumata görə, turistlərin bir çoxu isti ölkələrdə azı beş həftə qalmağı planlaşdırır. Ən uzunmüddətli səfərlər isə 3 ay üçün nəzərdə tutulub.