14 May 2024
Azərbaycan quru sərhədləri onlar üçün AÇDI - RƏSMİ

Azərbaycan quru sərhədləri onlar üçün AÇDI - RƏSMİ

18 Aprel 2023
Baxış: 244

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin orada təhsil alan Azərbaycan vətəndaşlarına müraciətində bildirilib.

"Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədlər vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib",- müraciətdə qeyd olunub.