15 May 2024
Azərbaycan pasportundan imtina edən Qarabağ erməniləri ilə bağlı təklif – “Bu ölkəyə köçürülsünlər...”

Azərbaycan pasportundan imtina edən Qarabağ erməniləri ilə bağlı təklif – “Bu ölkəyə köçürülsünlər...”

27 Aprel 2023
Baxış: 367

“Qarabağın imkanlı erməniləri ABŞ və Avropa ölkələrindən birinə köçməyi arzulayır, nisbətən orta təbəqə isə Rusiyanın müxtəlif vilayətlərinə daşınmaq istəyəcək. Belə yerlərdən biri Krasnodardır. Rusiyanın bu bölgəsində ermənilər kompakt yaşayırlar”.

AJMEDİA.İNFO bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rusiyanın Qara dənizə çıxışı olan kurort şəhərlərində də ermənilərin sayı çoxdur:

“Əhalisi qocalan və artmayan Rusiyanın işçi qüvvəsinə ehtiyacı var. Ona görə də Qarabağ erməniləri Rusiyanın adıçəkilən vilayətlərində özlərinə uyğun iş tapa bilərlər. Qarabağın ən kasıb təbəqəsi çarəsiz durumda Ermənistana köçəcək, ancaq İrəvanda iş imkanları az olduğuna görə onlar paytaxtdan aralı qəsəbələrdə yerləşmək məcburiyyətində qalacaqlar. Digər tərəfdən, belə fikirlər yayılır ki, yaxın gələcəkdə azərbaycanlıların Xankəndinə qayıda bilməsi üçün evlərini 60 və 100 min dollara satmağa çalışan Qarabağ ermənilərinin həmin evlərini almaq lazımdır. Yaxşı ideyadır, ancaq bunun həyata keçirilməsi mexanizmi mürəkkəbdir. Belə bir qərar verilərsə, evlərin alınmasında baş rolu dövlət oynamalıdır”.

Ekspert qeyd edib ki, Rusiyaya köçmək istəyən Qarabağ ermənilərini bu işə təşviq etmək üçün xüsusi plan hazırlana bilər:

“Mürəkkəb görünsə də, Qarabağ ermənilərinin Rusiyaya köçərək iş tapmalarına yardımçı olmaq mümkündür. Bunun üçün Rusiyanın bölgələrində işçi qüvvəsinə ehtiyacı olan bölgələr araşdırılmalı və ermənilərin ora köçmələrini sürətləndirmək üçün bütün imkanlardan istifadə edilməlidir. Məqsədimiz Azərbaycan qanunlarını ilə yaşamaq istəməyən Qarabağ ermənilərinin ərazimizi tərk etməsini sürətləndirməkdir. Bunun üçün bütün imkanlardan istifadə olunmalıdır ki, hədəfə tez çataq. Bu, İrəvanın, separatçıların və onlara dəstək verən Qərbdəki bəzi mərkəzlərin göstərməyə çalışdığı etnik təmizləmə deyil. Bu, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin təhlkəsiz şəraitində ölkə ərazisini tərk etmələrinə şərait yaratmaqdır. Azərbaycan qanunlarını və pasportlarını qəbul edən ermənilər isə Qarabağda həyatlarına davam edəcəklər”.(sfera.az)