15 May 2024
“Azərbaycan Ordusunda idarəetmə...” - Zakir Həsənovdan MÜHÜM AÇIQLAMA

“Azərbaycan Ordusunda idarəetmə...” - Zakir Həsənovdan MÜHÜM AÇIQLAMA

25 Oktyabr 2022
Baxış: 366

“Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisi yüksək səviyyədə təşkil edilib. Bizim Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığımız var”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, son illərdə Türkiyənin silah istehsalında çox böyük irəliləyiş var:

“Prezidentin tapşırığına uyğun olaraq, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində böyük işlər görürük. İşlərin əksəriyyəti görülüb. Sistem, idarəetmə dəyişib və tətbiq olunur. Bu, son döyüşlərdə də özünü göstərdi”.