Məşhur aparıcı verilişdə göz yaşlarına boğuldu - SƏBƏB + VİD...
5 saat əvvəlAzərbaycan manatının dollar qarşısında məzənnəsi ilə bağlı PROQNOZ
22 Yanvar 2022
Baxış: 499
2022-ci ildə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 1 ABŞ dolları - 1,70 AZN nisbətində saxlanılacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Standard & Poor Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı hesabatında məlumat verib.
Bildirilib ki, buna baxmayaraq, karbohidrogen məhsullarının qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı səviyyədə qalarsa, məzənnənin tənzimlənməsi nəzərdən keçirilə bilər. Bu, 2015-ci ildə Mərkəzi Bankın yaşadığına bənzər xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək.