14 May 2024
Azərbaycan güləşdə ilk qızıl medalını Rusiyada qazandı

Azərbaycan güləşdə ilk qızıl medalını Rusiyada qazandı

28 Yanvar 2022
Baxış: 435

Rusiyanın Krasnoyarsk şəhərində keçirilən ikiqat olimpiya çempionu İvan Yarıqinin xatirə turnirində Azərbaycanın qadın güləşçisi çempion olub.

AJMEDİA.İNFO xəbər verir ki, Alyona Kolesnik (59 kq) bu gün həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşıb.

İlk hissəni rəqib minimal fərqlə öndə başa vursa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirən təmsilçimiz 5:3 hesablı qələbəylə yarışda çempion olub.

Qeyd edək ki, bu, Azərbaycan güləşçilərinin 2022-ci ildə beynəlxalq yarışda qazandığı ilk qızıl medaldır.

Teqlər: Rusiya