01 May 2024
Azərbaycan erməni diversantları yalnız BU HALDA azad edə bilər - Politoloqdan AÇIQLAMA

Azərbaycan erməni diversantları yalnız BU HALDA azad edə bilər - Politoloqdan AÇIQLAMA

01 Sentyabr 2021
Baxış: 638

Azərbaycan ermeni diversatları humanitar missiya olaraq o, halda azad edə bilər ki, silahlı erməni birləşmələri Qarabağdan çıxarılsın.

Baxmayaraq ki, silahlı erməni birləşmələri öhdəliklərə uyğun olaraq Qarabağda olmamalıdır. Maraqlı təzad ondan ibarətdir ki, A. Mirzoyan Moskvada Azərbaycanın 10 noyabr Birgə Bəyannaməsinə əməl etməməkdə günahlandırıb.

Azərbaycan Ermənistana Qafan-Gorus yolundan və Laçın Dəhlizindən istifadəyə icazə verir. Amma, Ermənistan tərəfi isə, üç rayonun boşaldılmasından əlavə, heç bir bəndə riayət etmir. Üç rayonu ona görə boşaltdı ki, müqavimət göstərə bilməyəcəkdi. Məcburiyyətdən bunu etdi. Digər bəndlər danışıqlar predmeti olduğu üçün heç bir bəndi yerinə yetirmir. Ona görə də proses uzanır.

Məhəmməd Əsədullazadə,

politoloq