14 May 2024
Azarkeşlər Messisiz oyuna görə TƏZMİNAT ALACAQLAR

Azarkeşlər Messisiz oyuna görə TƏZMİNAT ALACAQLAR

21 Mart 2024
Baxış: 290

Fevralın 4-də “İnter Mayami” ilə Honq-Konq millisi arasında yoldaşlıq oyunu keçirilib.

AJMEDİA.İNFO bildirir ki, “France-Presse” agentliyinin sosial şəbəkələrdə verdiyi məlumata görə, “İnter Mayami” ilə Honq-Konq millisi arasında keçirilən oyuna bilet alan azarkeşlər biletin qiymətinin 50 faizi həcmində kompensasiya alacaqlar.

Honq-konqlu azarkeşlər Lionel Messinin bütün oyunu ehtiyat oyunçular arasında keçirməsindən narazılıqlarını bildiriblər. MLS komandasının ən məşhur oyunçusunun bahalı biletlərin satıldığı oyunda azarkeşlərin şəxsən görmək imkanı əldə etməməsi hörmətsizlik əlaməti hesab olunub. Üç gün sonra fevralın 7-də Lionelin Yaponiyada "Vissel Kobe" ilə yoldaşlıq görüşündə "İnter Mayami"nin heyətində oynaması ilə gərginlik artıb.


Mənbənin məlumatına görə, kompensasiya oyunun təşkilatçıları ilə hər hansı məhkəmə çəkişməsindən imtina edənlərə veriləcək. Oyuna 38 323 azarkeş qatılıb. "İnter Mayami" və Honq-Konq yığmasının oyununa biletin qiyməti 115 avro təşkil olub.