01 May 2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ DETALLAR

Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ DETALLAR

18 Aprel 2024
Baxış: 343

Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb. Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

AJMEDİA.İNFO bildirir ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. Hadisənin necə baş verdiyi isə müəmmalı olaraq qalır.

Bəs aparıcı Aytən Səfərovanın keçirdiyi qəzanın səbəbi nədir?