12 May 2024
Aygün Ağamalının rəhbərliyi ilə “Fashion Academy” layihəsinin həyata keçirilməsinə start verildi - FOTOLAR

Aygün Ağamalının rəhbərliyi ilə “Fashion Academy” layihəsinin həyata keçirilməsinə start verildi - FOTOLAR

07 Noyabr 2023
Baxış: 2090

“Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” ictimai birliyi (QİM), "Magen David International Center for Women" və məhşur modelyer, dizayner, sahibkar xanım Aygün Ağamalının rəhbərliyi ilə “Fashion Academy” layihəsinin həyata keçirilməsinə başlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, layihə çərçivəsində 6 noyabr 2023- cü il tarixində ilk məlumat sessiyası təşkil edilib. Tədbir Azərbaycanın Dövlət Himni və Qələbə gününü Azərbaycan xalqına bəxş edən şəhidlərin xatirəsini anmaqla açıq elan edilib.


Öncə layihənin rəhbəri Aygün Ağamalı layihənin əsas məqsədləri haqqında iştirakçılara məlumat verib:

“Layihənin məqsədi qadınlara şəxsi moda brendlərini yaratmağa, kreativ dizayn, dəb illisturasiyası, material və parça teksturaları, geyimin növləri, modellərin qurulması və digər istiqamətlər üzrə modelyer dizayner dərsləri təqdim etmək, həmçinin, biznesə başlamaq istəyən və yeni ideyalarını həyata keçirmək istəyən qadınlar və gənc qızlar arasında sahibkarlıq mühitinin stimullaşdırılmasına dair maarifləndirmə işinin aparılması, mentorluq dəstəyi ilə yeni biznes təşəbbüslərinin yaradılması və dəstəklənməsidir”

Sonra Magen David İnternational Center ( for Wome ) direktoru Aygün Əhmədova çıxış edərək “layihənin əsas hədəflərindən birinin qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlılığına töhvə vermək olduğunu” vurğulayıb.

Çıxış edən QİM sədri Şəfa Əmirova məlumat verərək layihənin sonunda iştirakçıların “İtaliya markası olan Aygün Ağamalı imzalı, yeni əldə etdikləri bacarıq üzrə, karyeralarına müsbət təsit edəcək sertifikat, həmçinin “Qadınların inkişafına və maarifləndirilməsinə dəstək”ictimai birliyindən biznesinizin inkişafına təkan verəcək ödənişsiz biznes konsultasiya əldə edəcəklərini” qeyd edib.

Tədbirdə təhsil, mədəniyyət, incəsənət, ictimai və digər sahələrdən olan qadınlar və gənc iştirakçılar iştirak ediblər.

No description available.

No description available.No description available.No description available.No description available.