08 May 2024
"Ay məmurlar, zillət içində qalan Azərbaycan vətəndaşıdır" - Deputat təcili sərhədləri açmağa ÇAĞIRDI

"Ay məmurlar, zillət içində qalan Azərbaycan vətəndaşıdır" - Deputat təcili sərhədləri açmağa ÇAĞIRDI

31 Mart 2022
Baxış: 390

"İndicə Mahaçqalada qiyabi təhsil alan bir tələbə zəng etmişdi. Hönkür-hönkür ağlayırdı. 40 gündür universitetdə dərs üçün gedib, indi geri dönməyə yol yoxdur. Deyir hökumətimiz öz ölkəmizə quru sərhədimiz bağlı olduğuna görə buraxmır. Ümidimiz sizədir, yuxarılara vəziyyətimizi çatdırın".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün Feysbuk hesabında yazıb.

"Minlərlə bu cür acınacaqlı durumda qalan Azərbaycan vətəndaşı var Dərbənddə, Mahaçqalada, Gürcüstanda...Kimə başa salasan, kimə anladasan. Səfirliyimiz problemi çözməyə acizdir. Ay məmurlar, cəhənnəm olsun pandemiya, zillət içində qalan odun deyil e, Azərbaycan vətəndaşıdır! Təcili açın qapıları öz Vətənlərinə dönsünlər. Təminat verirəm, heç bir xəstəlik-filan artmayacaq. Ac-yalavac nə qədər yad ölkədə çöllərdə qalacaqlar, aşağılanacaqlar!", - deyə millət vəkili bildirib.