14 May 2024
Avstriyada sərgi-yarmarka və konqreslərin keçirilməsinə icazə verilib

Avstriyada sərgi-yarmarka və konqreslərin keçirilməsinə icazə verilib

14 İyun 2020
Baxış: 451

İyunun 15-dən etibarən Avstriyada sərgi-yarmarkaların və konqreslərin keçirilməsinə icazə veriləcək.

AJM xəbər verir ki, Avstriya hökuməti iyunun 14-də bu barədə qərar qəbul edib. Qərarda bildirilir ki, rəsmi qurumların icazəsi və koronavirusla bağlı gigiyena və təhlükəsizlik konsepsiyası əsasında yarmarka və konqreslər təşkil oluna bilər.

Avstriyanın Federal Turizm naziri Elizabet Köstinqer bildirib ki, konqres, yarmarka və kütləvi beynəlxalq tədbirlər ölkə turizmi üçün inkarolunmaz faktordur. Hökumətin qərarı sadə və aydın qaydalar əsasında bu mühüm sektoru vacib perspektiv və planlama təhlükəsizliyi ilə təmin edəcək.

Nazir qeyd edib ki, bu icazə şəhər otelçiliyi, qastronomiya, texniki avadanlıq və təhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlərin də canlanmasına səbəb olacaq.

Teqlər: Avstriya