15 May 2024
Avstriyada COVID-19 diaqnozu ilə xəstəxanada müalicə alanların sayı azalmaqdadır

Avstriyada COVID-19 diaqnozu ilə xəstəxanada müalicə alanların sayı azalmaqdadır

14 May 2020
Baxış: 411

Avstriyada COVID-19 xəstəliyi ilə əlaqədar xəstəxanada müalicə alan pasiyentlərin sayı getdikcə azalmaqdadır.

AJM xəbər verir ki, Avstriyanın Federal Səhiyyə Nazirliyi hazırda xəstəxanada müalicə alan pasiyentlərin sayının 234 nəfərə düşdüyünü elan edib. Onlardan 54 nəfərinin vəziyyəti ağır qiymətləndirilir və intensiv tibb şöbələrində müalicə olunurlar.

Nazirliyin məlumatına əsasən, ölkədə indiyədək koronavirusa yoluxanların sayı 16 min nəfəri keçib və indiyədək 344600 nəfər üzərində test aparılıb. Ölənlərin sayı isə 600 nəfərə yaxındır. Qeyd edilib ki, Avstriya Epidemologiya Qeydiyyatı Sistemi yalnız ölümün birbaşa səbəbi COVID-19 olan pasiyentlərlə bağlı məlumatları bu siyahıya daxil edir. COVİD-19 xəstəliyinin müşayiətedici faktor olduğu xəstələr həmin statistikada göstərilmirlər.

Teqlər: Avstriya