14 May 2024
Avstriya Kansleri: Baydenlə Putin arasında görüşün Vyanada keçirilməsi bizim üçün şərəf olardı

Avstriya Kansleri: Baydenlə Putin arasında görüşün Vyanada keçirilməsi bizim üçün şərəf olardı

17 Aprel 2021
Baxış: 1247

ABŞ Prezidenti Co Bayden aprelin 13-də rusiyalı həmkarı Vladimir Putinə başqa bir ölkədə Zirvə toplantısının keçirilməsi barədə təklifi ilə bağlı mümkün məkan barədə təkliflər səsləndirilir.

AJM xəbər verir ki, Avstriyanın Federal Kansleri Sebastian Kurts Co Baydenlə Vladimir Putin arasında görüşün Vyanada keçirilməsinin onlar üçün böyük şərəf olacağını bildirib. O qeyd edib ki, hazırda belə bir mümkün görüşlə bağlı Rusiya və ABŞ tərəfi ilə təmaslar aparılır. Sammitin keçirilməsi üçün az sayda şəhər nəzərdən keçirilir və onların arasında Vyana şəhəri də var.

Vyana şəhərinin ikitərəfli danışıqlar üçün “neytral məkan” kimi uğurlu seçim olacağını vurğulayan S.Kurts bildirib ki, bu təmaslarda vasitəçi rolunda çıxış etməsə də, bütün dünya və Avropa üçün belə bir görüşün harada baş tutmasından asılı olmayaraq keçirilməsi müsbət haldır. Lakin bu görüş Vyanada baş tutarsa, bu, Avstriya üçün böyük şərəf olardı.

Özünü transatlantik münasibətlərin tərəfdarı kimi təqdim edən S.Kurts bu sammit çərçivəsində Avstriyanın əlaqələrinin və beynəlxalq nüfuzunun güclənəcəyinə əminliyini ifadə edib.