14 May 2024
Avstriya iyunun 16-da 31 ölkə ilə sərhədlərini açacaq

Avstriya iyunun 16-da 31 ölkə ilə sərhədlərini açacaq

10 İyun 2020
Baxış: 393

Avstriya hökuməti iyunun 16-dan etibarən 31 ölkə ilə sərhədlərin açılacağını elan edib.

AJM xəbər verir ki, koronavirus infeksiyasına qarşı mübarizədə müsbət nəticələr əldə edən Avstriya hökuməti əksər Avropa ölkələri ilə sərhədlərin açılması barədə qərar verib.

Avstriyanın Federal Xarici İşlər naziri Aleksander Şallenberq Nazirlər Kabinetinin iclasından sonra mətbuata verdiyi açıqlamada bildirib ki, Böyük Britaniya, İsveç, Portuqaliya və İtaliya istisna olmaqla, bütün Avropa ölkələrinin vətəndaşları iyunun 16-dan etibarən məhdudiyyətsiz şəkildə Avstriya ərazisinə daxil ola biləcəklər. Qeyd edilən dörd ölkənin vətəndaşları isə koronavirus testinə dair arayış təqdim etməli və ya iki həftəlik karantin dövrü keçməlidirlər. Nazir bu ölkələrlə sərhədlərin nə zaman açılacağı sualına cavab verməyib.

Açıqlamada, həmçinin qeyd edilib ki, qeyri-Avropa ölkələri ilə sərhədlər hələlik bağlı qalacaq və iki həftə sonra aparılan dəyərləndirmədə bu məsələyə yenidən baxılacaq. Türkiyə, Serbiya, Bosniya və Herseqovinadan Avstriyaya geri qayıtmaq istəyən şəxslər də vahid Aİ qərarını gözləməli olacaqlar.

Bir neçə həftədən bəri müzakirə mövzusu olan İtaliya ilə sərhədlərin açılmasından bəhs edən A.Şallenberq qeyd edib ki, Lombardiya əyaləti istisna təşkil edir və bu regiondan Avstriyaya səfər edən şəxslərə karantin qaydaları tətbiq olunacaq.

Teqlər: Avstriya