10 May 2024
Avropanın ən bahalı heyətə malik klubları - SİYAHI

Avropanın ən bahalı heyətə malik klubları - SİYAHI

01 Aprel 2024
Baxış: 285

"Transfermarkt" internet portalı Avropada ən bahalı heyətə malik futbol klublarının adlarını açıqlayıb.

AJMEDİA.İNFO xarici mətbuata istinadən xəbər verir ki, siyahıya "Mançester Siti" başçılıq edir.

Britaniya klubunun heyətinin dəyəri 1,2 milyard avrodur.

Ən bahalı heyəti malik klubların "Top-10"u:

1. "Mançester Siti" (İngiltərə) – 1,2 milyard avro

2. "Arsenal" (İngiltərə) - 1,1 milyard avro

3. "Real Madrid" (İspaniya) - 1,04 milyard avro

4. PSJ (Fransa) - 1,02 milyard avro

5. "Bayern" (Almaniya) – 929 milyon avro

6. "Çelsi" (İngiltərə) - 928 milyon avro

7. "Liverpul" (İngiltərə) - 921 milyon avro

8. "Barselona" (İspaniya) - 840 milyon avro

9. "Tottenham Hotspur" (İngiltərə) – 777 milyon avro

10. "Mançester Yunayted" (İngiltərə) – 734 milyon avro.