08 May 2024
Avropa İttifaqına üzv ölkələrin liderləri Avropa qurumlarına müraciət ediblər

Avropa İttifaqına üzv ölkələrin liderləri Avropa qurumlarına müraciət ediblər

10 İyun 2020
Baxış: 369

Avropa İttifaqı pandemiyanın ikinci dalğasına hazır olmalıdır.

AJM xəbər verir ki, bu çağırışla Aİ-yə üzv olan bəzi ölkələrin, o cümlədən Fransa və AFR-in liderləri çıxış edib. Liderlər özlərinin birgə bəyanatında ümidvar olduqlarını bildiriblər ki, onların çağırışı Avropa Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqının qurumlarındakı siyasətçiləri gələcəkdə baş verə biləcək pandemiyalara ən yüksək səviyyədə hazırlığı necə təmin etmək barədə Avropa səviyyəsində bundan sonrakı səmərəli müzakirələrə ruhlandıracaq. Liderlər, həmçinin qeyd ediblər ki, Avropa pandemiyanın birinci dalğasında bu çağırışa “xaotik” reaksiya verib, nəticədə 184 min insan bu xəstəliyin qurbanına çevrilib. Onlar infeksiyanın bundan sonrakı dalğasına müqavimət göstərməkdən ötrü daha təsirli üsul işləyib hazırlamağa çağırıblar.

Teqlər: Avropa