12 May 2024
Avqustun 16-sı Ermənistan silahlı qüvvələri... - Müdafiə Nazirliyindən SON DƏQİQƏ MƏLUMATI

Avqustun 16-sı Ermənistan silahlı qüvvələri... - Müdafiə Nazirliyindən SON DƏQİQƏ MƏLUMATI

16 Avqust 2023
Baxış: 349

Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə AJMEDİA.İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.