15 May 2024
“Autizimli insanların cəmiyyətə inteqrasiyası” - Yazgül Abdiyeva

“Autizimli insanların cəmiyyətə inteqrasiyası” - Yazgül Abdiyeva

04 Aprel 2023
Baxış: 265

2 aprel tarixdə “Autizmlə mübarizə” İB-nin sədri Çiçək Qəzənfərqızının təşkilatçılığı ilə III Beynəlxalq Autizm Konfransı keçirildi.

Konfransda bir çox yerli və xarici mütəxəssislər məruzələri ilə çıxış edib.”Sağlamlığın Qorunması” İB-nin sədri, t.ü.f.d. Yazgül Abdıyeva “Autizimli insanların cəmiyyətə inteqrasiyası” mövzusunda çıxış etdi.

O, qeyd edib ki, – XXI əsrin ən qlobal problemlərindən biri də autizm sindromudur. Autizm üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beynin inkişafına təsir edən bir sindromdur.
Autizm – həm də autizm spektri pozğunluğu olaraq adlandırılan ̶ beynin inkişafı ilə əlaqəli müxtəlif şərtlər qrupunu təşkil edir.

Autizmin xüsusiyyətləri erkən uşaqlıqda aşkar edilə bilər, lakin autizmə çox vaxt daha gec diaqnoz qoyulur.

Autizmli insanlar tez-tez epilepsiya, depressiya, narahatlıq və diqqət çatışmazlığı hiperaktivliyi pozuqluğu, habelə yuxu çətinliyi və özünə xəsarət yetirmə kimi çətin davranışlar da daxil olmaqla, birgə baş verən şərtlərə malikdirlər. Autizmli insanlar arasında intellektual fəaliyyət səviyyəsi dərin pozğunluqdan yüksək səviyyələrə qədər geniş şəkildə dəyişir.

Dünyada təxminən 100 uşaqdan birində autizm var.

Autizmli insanların qabiliyyətləri və ehtiyacları dəyişir və zamanla inkişaf edə bilər. Bəzi autizmli insanlar müstəqil yaşaya bilsələr də, digərləri ciddi əlilliyə malikdir və ömür boyu qayğı və dəstək tələb edir.
Sübutlara əsaslanan psixososial müdaxilələr həm autizmli insanların, həm də onlara baxanların rifahına və həyat keyfiyyətinə müsbət təsir etməklə ünsiyyət və sosial bacarıqları təkmilləşdirə bilər.

Tarixdə iz qoymuş dahi şəxsiyyətlərin çoxu autizmli insanlar olub. Məsələn, məşhur alman alimi Albert Eynşteyn, məşhur rəssam, heykəltaraş Leanardo da Vinci, İngilis fiziki İsaak Nyuton, ispan əsilli rəssam Pablo Pikasso, holandiyalı məşhur rəssam Vincent Van Gogh, məşhur musiqişünas Ludviq van Bethoven, Avstryanın təkrarsız bəstəkarı Amadey Motsart, Amerika musiqiçisi James Durbin, kinorejissor Kim Berten , Kortni Lav və digər dünya şöhrətli məhşurlar da autizm sindroumu ilə üzləşənlərdəndirlər.

2 aprel Dünya Autizm Məlumatlandırma günudur. Tək bu gün yox, hər zaman onlara dəstək olmalı, onları real həyata qayıtmasına və cəmiyyətlə ünsiyyət qurmasına, istedadlarının üzə çıxmasına kömək etməliyik.

Autizmi olan uşağın müalicəsində yalnız həkimin deyil, ailənin və cəmiyyətin də rolu var. Autizm xəstəlik deyil, fərqlilikdir. Cəmiyyətimizi bu sindromla mübarizədə biganə olmamağa səsləyirəm.

Bizim də vətəndaş cəmiyyəti olaraq funksiyamız maarifləndirmə işləri aparmaq, bu ailələrə mənəvi dəstək olmaqdır.