14 May 2024
AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş türkiyəli deputat

AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş türkiyəli deputat

29 Yanvar 2024
Baxış: 478

Xəbər verdiyimiz kimi, yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətini təsdiqləməkdən imtina edib.

Bununla bağlı səsvermə zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib.

Səsvermə zamanı Türkiyədən olan 9 deputat Azərbaycanın xeyrinə, 1 deputat isə əleyhinə çıxıb.

Modern.az xəbər verir ki, Azərbaycanın əleyhinə səs verən türkiyəli deputat Xalqların Demokratik Partiyasının üzvü olan Berdan Öztürkdür.

Milliyətcə kürd olan Berdan Öztürk 1 may 1980-ci ildə Ağrı vilayətinin Tutak rayonunda doğulub gəlib. Mərmərə Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra İngiltərənin London Universitetində beynəlxalq arbitraj və kommersiya hüququ üzrə magistr təhsilini tamamlayıb. 2011-ci ildə sərbəst hüquqşünas kimi fəaliyyətə başlayıb.

Subay olan Öztürk ingiliscə də danışa bilir.

2018-ci il Türkiyədə keçirlmiş seçkilərində Xalqların Demokratik Partiyasından (HDP) Ağrı millət vəkili seçilən Öztürk Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komissiyasının üzvü olub.

O, 2023-cü il parlament seçkilərində Yaşıl Sol Partiyasının siyahısından Xalqların Bəbarərlik və Demokratik Partiyasının üzvü olaraq Diyarbakırın deputatı seçilib.

Berdan Öztürk barəsində hələ 2016-cı ildə 5 nəfər PKK-çının dəfn mərasimində iştirak etdiyi əsas gətirilərək, barəsində istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib.

O, 2019-cu ildən "Barış Pınarı" əməliyyatı ilə bağlı verdiyi açıqlamaya görə terror təbliğatı aparmaqda suçlanaraq istintaqa cəlb olunub. Lakin istintaq başa çatdırılmayıb.