14 May 2024
ASAP gəncləri "Heydər zirvəsində" - FOTOLAR

ASAP gəncləri "Heydər zirvəsində" - FOTOLAR

10 May 2022
Baxış: 374

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) bir qrup əməkdaşı və xaricdə təhsil almış məzunlar birliklərinin nümayəndələri Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi” istiqamətində yürüş təşkil ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları ilk olaraq Xınalıq kəndi ərazisindən Qızıl Qaya massivinin ətəyində yerləşən düşərgə istiqamətində müəyyən olunmuş marşrut üzrə və nəzərdə tutulan vaxtda hərəkət ediblər. Yürüşün bir digər məqsədi məzun birlikləri nümayəndələrini bir araya toplayaraq şəbəkələşmə bacarıqlarını inkişaf etdirməkdir.

Əlverişsiz hava şəraiti və ekstremal yolların olmasına baxmayaraq gənclər Ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad edib və “Heydər zirvəsi” önündə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıblar.

Qeyd edək ki, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə keçirilən yürüşdə 30-dan çox gənc iştirak edib.

No description available.

No description available.

No description available.