15 May 2024
ASALA İrəvandakı sineqoqda törədilənləri öz üzərinə götürdü

ASALA İrəvandakı sineqoqda törədilənləri öz üzərinə götürdü

04 Oktyabr 2023
Baxış: 737

ASALA terror təşkilatının dünən İrəvandakı Dünya Yəhudi Mərkəzində törədilən vandalizm aktına görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilir.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə təşkilatın bəyanat yaydığı deyilir.
“Biz, erməni xalqının əsl azadlıq döyüşçülərinin gənc davamçıları, 2023-cü il oktyabrın 3-də səhər İrəvanda Ümumdünya Yəhudi Mərkəzinə qarşı həyata keçirilən hədə-qorxu əməliyyatı barədə sizə məlumat verməkdən qürur duyuruq”, – terrorçuların bəyanatında qeyd olunur.
Eyni zamanda, onlar yəhudilərə və yəhudi dünyasına qarşı bu cür əməlləri davam etdirəcəklərini fəxrlə bəyan ediblər:
“Bu, xəbərdarlıqdır: İrəvandakı uğurlu əməliyyatımız yalnız başlanğıcdır. Bu, sadəcə bizim qətiyyətimizin bəyanıdır. ABŞ, Avropa və digər ölkələrdə sinaqoqları yandırmağa davam edəcəyik”.
Qeyd edək ki, ötən gün – oktyabrın 3-də İrəvandakı sinaqoqa qırmızı maye səpilib, pəncərələri sındırılıb.