15 May 2024
Aptekə dərman almağa girən 34 yaşlı kişi... - Oğuzda OLAY

Aptekə dərman almağa girən 34 yaşlı kişi... - Oğuzda OLAY

23 Yanvar 2024
Baxış: 362

Oğuzda aptekdə ölüm hadisəsi olub.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə şəhər ərazisindəki apteklərin birində baş verib. Aptekə dərman almağa girən Gəncə şəhər sakini 34 yaşlı Əsgərli Kənan qəfildən halı pisləşib və xəstəxanaya aparılıb.

Lakin xəstəxanada göstərilən tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun qəfil ürəktutmasından öldüyü bildirilir. (Lent.az)