14 May 2024
Ankarada Türkiyə-Rusiya yüksək səviyyəli işçi qrupunun görüşü olub

Ankarada Türkiyə-Rusiya yüksək səviyyəli işçi qrupunun görüşü olub

22 İyul 2020
Baxış: 423

Liviya məsələsi üzrə Türkiyə-Rusiya yüksək səviyyəli işçi qrupunun iki günlük Ankara müzakirələri başa çatıb.

AJM xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi müzakirələrin sonuna dair ortaq açıqlama yayıb.

Bildirilir ki, Türkiyə və Rusiya Liviyada böhranın aradan qaldırılması üçün birgə fəaliyyətini davam etdirəcək. Vurğulanır ki, tərəflər Liviyanın suverenliyinin və ərazi bütövlüyünün BMT şərtləri daxilində qorunmasına tərəfdardır. Liviyada təhlükəsizliyin və sabitliyin, insan rifahının yaxşılaşdırılması istiqamətində ikitərəfli münasibətlərin qorunması vacibdir. Bu böhranın həllində hərbi yol yoxdur.

Teqlər: Ankarada