08 May 2024
“Anama qulaq asmadım, sarışınla evləndim, Allah bəlamı verdi!” - Sərdar Ortac

“Anama qulaq asmadım, sarışınla evləndim, Allah bəlamı verdi!” - Sərdar Ortac

17 Yanvar 2022
Baxış: 425

Türkiyəli müğənni Serdar Ortaç Maslakda verdiyi konsert öncəsi jurnalistlərin suallarını cavablandırıb.

AJMEDİA.İNFO “Milliyet”ə istinadən xəbər verir ki, 51 yaşlı ifaçı 2022-yə çox gözəl başladığını deyib:

“Bütün borclarımı ödədim. Həyata yenidən başlayan kimiyəm. Deyirlər ki, borc igidin qamçısıdır, mən böyük qamçı yedim, amma hər şey bitdi. Allaha şükürlər olsun ki, indi səhnəyə təmiz pambıq kimi çıxacağam”.

Ortaç “Bundan sonrakı planlarınız nələr olacaq” sualına belə cavab verib: “Bundan sonra qazandığım hər şeyi təkbaşına yemək niyyətində deyiləm. Artıq qazandığım hər qəpiyi dostlarıma xərcləyəcəyəm”.

Müğənni, həmçinin keçmiş həyat yoldaşı Chloe Loughman və eks-sevgilisi Seçil Gürə ismarış yollayıb: “Anam demişdi ki, sarışından xeyir gəlməz. Həyat yoldaşım da sarışın oldu, sevgilim də... Anama qulaq asmadım, Allah bəlamı verdi”.


(Qafqazinfo)