12 May 2024
Amerikanın “Global Finance” jurnalı dünyanın ən zəngin ölkələrinin reytinqini tərtib edib, Azərbaycan qonşularından geri qalır

Amerikanın “Global Finance” jurnalı dünyanın ən zəngin ölkələrinin reytinqini tərtib edib, Azərbaycan qonşularından geri qalır

22 İyun 2023
Baxış: 348

Amerikanın “Global Finance” jurnalı dünyanın ən zəngin ölkələrinin reytinqini tərtib edib ki, bura reytinqdə 92-ci yeri tutan Azərbaycan da daxildir.

Reytinqdə alıcılıq qabiliyyəti pariteti ilə hesablanmış ümumi daxili məhsulun dəyəri nəzərə alınır.

Reytinqə görə, Azərbaycan 85-ci yerdə olan Ermənistandan bir neçə pillə geri qalır.

Digər qonşu ölkələr baxımından Gürcüstan 79-cu, Türkiyə isə 53-cü yerdə qərarlaşıb.

Ən zəngin ölkələrin ilk üçlüyündə İrlandiya, Lüksemburq və Sinqapur, 193 ölkənin yer aldığı bu siyahını Mərkəzi Afrika Respublikası, Burundi və Cənubi Sudan qapayır.

ajmedia.info