09 May 2024
Amerikalı səfir: Ermənistanın yanındayıq

Amerikalı səfir: Ermənistanın yanındayıq

22 Fevral 2024
Baxış: 401

Amerika Birləşmiş Ştatları Ermənistanın yanındadır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinnin il ərzində gördüyü işlərə yekun vurduğu videoçarxda deyilir.

Səfirliyin bəyanatında deyilir:

“Bir il əvvəl səfir Kuinn Ermənistana gəldi və ABŞ-ın Ermənistandakı səfiri kimi fəaliyyətə başladı. İl çağırışlarla dolu idi, eyni zamanda daha güclü əlaqələr, yeni tərəfdaşlıqların formalaşması və ümumi demokratik dəyərlərə doğru irəliləyiş oldu".

Diplomat vurğulayıb: "Birləşmiş Ştatlar tərəfdaş və dost kimi Ermənistanın yanındadır. Mənim gündəlik işim isə dünyanın demokratik dövlətləri birliyinin güclü və müstəqil üzvü kimi Ermənistanın çiçəklənməsinə kömək etməyə yönəlib”. Yenisabah.az